Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Ən yaxşı məşqçilər siyahısına "Tottenhem"in çalışdırıcısı Joze Mourinyu başçılıq edir. İkinci yerdə 2014 və 2017-ci illərdə ən yaxşı məşqçi olmuş Almaniya millisinin baş məşqçisi Yoahim Löv qərarlaşıb. Üçüncü yeri "Mançester Yunayted"in sabiq çalışdırıcısı Aleks Ferqyuson və "Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola bölüşdürüb.
Onları Arsen Venger, Karlo Ançelotti, Visente del Boske, Dieqo Simeone, Didye Deşam, Marselo Bielsa, Fabio Kapello və Qus Hiddink izləyib.
Fanat.Az