"Trabzonspor" klubunun heyətində növbəti koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, Qara dəniz təmsilçisinin aha bir əməkdaşında testin nəticəsi müsbət çıxıb.
Beləliklə, virusa yoluxanların sayı 10-a çatıb. Onlardan 7-si futbolçu, 3 isə işçidir.
Qeyd edək ki, "Trabzonspor" bu gün Türkiyə Super Liqasının XXV turunda "Başakşehir"in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Fanat.Az