İtaliya çempionu "Yuventus”un qapıçısı Canluici Buffon cəzalandırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Təcrübəli qapıçı A Seriyasının 13-cü turunun "Parma” ilə oyunu (4:0) zamanı Tanrıya təhqiredici ifadələr işlətdiyi üçün 5 min avro məbləğində cərimələnib və 1 oyunluq diskvalifikasiya edilib.
43 yaşlı qolkiper bu mövsüm A Seriyasında 4 oyuna çıxıb.
Qeyd edək ki, italyan dilində küfr etmək ən ağır söyüşlərdən sayılır.