"Barselona" klubu İspaniya La Liqasında I turdan təxirə salınmış "Elçe" ilə oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi görüş Lionel Messi üçün əlamətdar olub.
Sözügedən qarşılaşmada dubla imza atan argentinalı ulduz bu qollar sayəsində İspaniya çempionatı bombardirlərinin siyahısında birinci pilləyə yüksəlib. Onun hesabında 18 qol var. İkinci pillədə isə, 16 qolla "Atletiko"nun hücumçusu Luis Suares qərarlaşıb.
Beləliklə, Lionel Messi 7-ci dəfə İspaniya çempionatının ən yaxşı bombardiri olub.
Fanat.Az