İngiltərənin "Everton” klubu müdafiəçisi Lukas Din ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 27 yaşlı futbolçunun sözləşməsi 2025-ci ilə qədər uzadılıb.
Qeyd edək ki, Fransa yığmasının müdafiəçisi 2018-ci ildən "Everton”da çıxış edir. O, bu müddətdə komandasının heyətində 97 matça çıxıb və 5 qol vurub.
Fanat.Az