Futbol üzrə Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
"Fənərbağça” bu tur "Antalyaspor”u qəbul edib. İstanbul təmsilçisi doğma meydanda qələbə qazana bilməyib. İstanbullular yenilgidən 82-ci dəqiqədə qurtulub - 1:1.
"Alanyaspor” – "Göztəpə” matçı da heç-heçə yekunlaşıb.
"Trabzonspor” isə "Kasımpaşa” səfərindən çətin qələbə ilə dönüb.
Türkiyə Superliqası
28-ci tur
2 mart
Qaziantep – Gənclərbirliyi 2:1
Qollar: Özer, 59. Cefferson, 79 – Lima, 18.
Yeni Malatyaspor – Beşiktaş 0:1
Qol: Hatçinson, 59.
3 mart
Ərzurumspor – Fatih Karagümrük 2:2
Qollar: Şaheşuhe, 17-pen. Çelik, 63 – Sobiex, 30. Kastro, 53.
Başakşəhər – Konyaspor 1:1
Qollar: Ba, 85 – Çikalleşi, 79.
Sivasspor – Hatayspor 1:1
Qollar: Yatabare, 54 – Diuf, 59.
Ankaragücü – Qalatasaray 2:1
Qollar: Akdağ, 45+1-pen. Lodjanidze, 55 – Aktürkoğlu, 90+2.
Kayserispor – Rizəspor 2:1
Qollar: Muhar, 48. Parlak, 77 – Samu, 73.
4 mart
Kasımpaşa – Trabzonspor 1:1
Qollar: Erdoğan, 39-pen – Djanini, 24. Bakasetas, 73.
Alanyaspor – Göztəpə 1:1
Qollar: Tsavellas, 54 – Aksoy, 43-öz qapısına.
Fənərbağça – Antalyaspor 1:1
Qollar: Valensiya, 83 – Fredi, 12.