Milan "İnter"inin futbolçusu Arturo Vidal karyerasını Lİqa 1-də davam etdirə bilər.
Fanat.Az "Le10Sport"a istinadən xəbər verir ki, 33 yaşlı çilili yarımmüdafiəçinin xidmətində "Marsel" maraqlıdır.
Xorxe Sampaoli Çili millisində işlədiyi vaxtdan yaxından tanıdığı Vidalı sərəncamında görmək istəyir.
Mənbə "İnter"dəki taleyi qeyri-müəyyən olan Arturonun təklifə isti baxdığını da qabardıb.
Bu mövsüm göy-qara formayla bütün turnirlər daxil olmaqla, 28 oyun keçirən Vidal bu matçlarda 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalı cənubi amerikalı oyunçunu 8 milyon avro ilə dəyərləndirir.