İngiltərənin "Nyukasl” klubunun iki futbolçusu sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, komandanın iki hücumçusu Migel Almiron və Allan Sen-Maksimen zədələniblər. Hər iki futbolçu ətraflı tibbi müayinədən keçirildikdən sonra onların bir müddət məcburi istirahət edəcəyi müəyyənləşib.
Qeyd edək ki, Premyer Liqanın geridə qalan 26 turundan sonra "Nyukasl” 26 xalla 17-ci pillədə qərarlaşıb.
Fanat.Az