"Milan"ın hücumçusu Zlatan İbrahimoviç San-Remodakı musiqi festivalına oynadığı klubun azarkeşinin mototsikleti ilə getdiyini deyib.
Fanat.Az xəbər verir ki, İbranın söylədiklərini "Goal" belə çatdırıb:
"Tıxacda keçirdiyim üç saat məni təngə gətirdi. Srücüyə qapını açmalı və məni bu əzabdan xilas etməli olduğunu dedim. Yaxınlıqdakı mototsikletçini saxladım, ondan məni San-Remoya aparmasını istədim. O, "Milan" azarkeşi idi. Razılaşdı və yola düşdük. Yaxşı ki, video çəkmişəmn. Yoxsa bu ağlagəlməz hadisəyə kimsə inanmazdı. Heç vaxt risk etməkdən çəkinmirəm. Belə etməsəydim, gecikəcəkdim".
İsevçli forvardın istəyini yerinə yetirən azarkeşin açıqlaması isə belə olub:
"Evə qayıdırdım. Qarşıma qara avtomobil çıxdı. Yanında iki adam var idi. Onlardan biri İbrahimoviçə bənzəyirdi. Diqqətlə baxanda elə Zlatanın özü olduğunu gördüm. Onu San-Remoya aparmağa razılaşdım. Arvadıma zəng vurub İbranı festivala çatdırmalı olduğumu dedim, mənə inanmadı. Zlatan mototsikleti özü idarə etmək istəyirdi. Ancaq icazə vermədim. "Milan" azarkeşiyəm. İbrahimoviç mənə öz formasını göndərəcəyəyini deyib".