Almaniya millisinin sabiq qapıçısı Yens Leman "Bavariya"nın qolkiperi Manuel Noyerlə "Yuventus"un "çərçivə" qoruyucusu Canluici Buffonu müqayisə edib.
Fanat.Az xəbər verir ki, "Il Giornale" Lemanın söylədiklərini belə çatdırıb:
"Əslində Buffon və Noyeri müqayisə etmək düzgün deyil. Çünki, Manuel ondan ən azı iki baş üstündür. Bundesliqa, La Liqa və İngiltərə Premyer Liqası A Seriyasından güclü çempionatlardır. Bu gün İtaliyada əvvəlki kimi güclü müdafiəçilərin və qapıçıların da olduğunu demək olmaz".