Almaniya Bundesliqasında 20-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, "Arminiya” "Verder”i qəbul edib.
Səfər matçında qazanılan qələbə sayəsində xal hesabını 30-a yüksəldən "Verder” 12-ci pillədə qərarlaşıb. "Arminiya” isə 19 xalla 16-cı sıradadır.
Xatırladaq ki, fevralın 7-də keçirilməli olan "Arminiya” – "Verder” matçı əlverişsiz hava şəraiti – güclü qar səbəbindən təxirə salınmışdı.
Almaniya Bundesliqası
20-ci turun oyunu
10 mart
Arminiya – Verder 0:2
Qollar: Sargent, 47. Mohvald, 75.