Futbol üzrə Qvineya milli komandasının Afrika Millətlər kubokunda Namibiya və Mali ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, yığmaya dəvət alan futbolçular sırasında "Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane də yer alıb.
Baş məşqçisi Didye Siks Qvineya seçməsinin qarşıdakı iki oyunu üçün Kaneyə də dəvət göndərib.
Qeyd edək ki, Qvineya millisi martın 22-də Malini qəbul edəcək, martın 30-da isə Namibiyanın qonağı olacaq.
Fanat.Az