"Laypsiq” heyətinə yeni forvard qatıb.
Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi "Ayaks”dan Brayan Brobbini alıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Brobbi yayda "Laypsiq”in düşərgəsinə qoşulacaq.
Brobbi bu mövsüm "Ayaks”da 26 oyuna çıxıb və 13 qola imza atıb.