İspaniya millisinin və "Real"ın sabıq qapıçısı İker Kasilyas həyat yoldaşı Sara Karbonerodan boşanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Sara şəxsi instaqram səhifəsində məlumat paylaşıb.
Karbonero bunun düşünülmüş qərar olduğunu yazıb. O, ayrılığın əsl səbəbini açıqlamayıb.
Qeyd edək ki, keçmiş cütlüyün Martin və Lukas adlı 2 övladı var.
Fanat.Az