"Qalatasaray”ın və Misir yığmasının hücumçusu Mustafa Məhəmmədin içində pul qabı və pasportu olan çantası oğurlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hadisə ötən həftə futbolçu İstanduldakı alış-veriş mərkəzlərindən birində olarkən baş verib. O, dərhal polisə məlumat verib. Oğurluq hadisəsi alış-veriş mərkəzindəki təhlükəsizlik kameralarına da düşüb. Lakin hələlik nə oğrunu, nə də çantanı tapmaq mümkün olub. Araşdırmalar davam edir.
Türkiyəli həmkarlarımızın yazdığına görə, Mustafa Məhəmməd pasportunu itirməsi səbəbindən Misir yığmasının qarşıdakı toplanışı üçün ölkəsinə də getməyə bilər.