Türkiyə Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci yarımfinal görüşündə "Antalyaspor” "Alanyaspor”la üz-üzə gəlib .
Matç Antalya təmsilçisinin inamlı qələbəsi ilə bitib. Nəticədə "Antalyaspor” daha öncə finala yüksəlmiş "Beşiktaş”la həlledici oyunda qarşılaşmaq hüququ qazanıb. İstanbul klubu bir gün öncə "Başakşəhər”ə 3:2 hesabıyla qalib gəlmişdi.
Qeyd edək ki, Türkiyə Kubokunda final oyununun yeri və vaxtı hələ müəyyənləşməyib.
Türkiyə Kuboku
Yarımfinal
17 mart
Antalyaspor - Alanyaspor 2:0
Qollar: Podolski, 18. H.Özmert, 82.