"Real" və Belçika Futbol Federasiyası bir müddətdi zədəli olan Eden Hazardla bağlı qərar verib.
Fanat.Az "Gol Televsion"a istinadən xəbər verir ki, 30 yaşlı forvard əməliyyat olunmayacaq, əvəzində Belçikadan gələcək fizioterapivt tərəfindən müalicə olunacaq. Fizioterapiya uğurlu alınmasa, futbolçu əməliyyat masasına yatacaq.
Klub və federasiya rəhbərliyi bu qərarı Belçika millisinin Avropa çempionatında iştirakına görə qəbul edib.
Qeyd edək ki, Eden Hazard "Real"a 2019-cu ilin yayında "Çelsi"dən 115 milyon avroya transfer olunub. O, cari mövsümdə 14 oyuna çıxaraq 3 qol vurub. "Real"a keçərkən "Transfermarkt"ın 150 milyon avro qiymət qoyduğu forvardın dəyəri hazırda 40 milyon avrodu.