21:46 21.03.2021 634

Tuxel Mourinyunun nəticəsini təkrarladı

Londondakı "Sremford Bric" stadionunda İngiltərə Kubokunun 1/4 final matçı - "Çelsi" - "Şeffild Yunayted" (2:0) oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, Tomas Tuxelin rəhbərliyi altında ardıcıl 7 oyunda qapısını toxunulmaz saxlayan "zadəganlar" 2005-ci ildəki nəticəsini təkrarlayıb.

Həmin vaxt London təmsilçisini hazırda "Tottenhem"ın baş məşqçisi olan Joze Mourinyu çalışdırırdı. 

Qeyd edək ki, "Çelsi"nin ən uzun belə seriyası 1905-ci ildə qeydə alınıb. Ötən əsrin əvvəllərində London komandası ardıcıl 9 oyunda rəqiblərinə qol sevinci yaşatmayıb.

Redexphoto
Oxşar xəbərlər
Facebookdan bizi izləməyi unutmayın.
X