Türkiyənin "Fatih Karagümrük” klubunun yeni baş məşqçisi məlum olub.
Fanat.Az Superliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Françesko Farioli çalışdıracaq. 31 yaşlı italyan məşqçi ilə müqavilənin detalları açıqlanmayıb.
İtaliyada "Benevento” və "Sassuolo” kimi klublarda çalışan Farioli son olaraq Türkiyədə "Alanyaspor” komandasında məşqçi kimi işləyib.
Qeyd edək ki, "Fatih Karagümrük” Superliqada 44 xalla 8-ci pillədə qərarlaşıb.
Fanat.Az