"Laypsiq” heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın "Strasburq” klubunun müdafiəçisi Məhəmməd Simakanı rənglərinə bağlayıb.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Fransalı futbolçu yeni komandasına cari mövsümün sonunda qoşulacaq. O, "Laypsiq”də "2” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, bu mövsüm "Strasburq”un heyətində 19 oyunda meydana çıxan Məhəmməd Simakan 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, Fransanın U-20 millisinin də üzvüdür.