"Barselona" İspaniya La Liqasının XXVIII turunda "Real Sosyedad"ı 6:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Fanat.Az xəbər verir ki, sözügedən matçı Kataloniya təmsilçisinin ulduz futbolçusu Lionel Messi üçün əlamətdar olub.
Oyunda dubl edən argentinalı hücumçu karyerasındakı qol sayını 734-ə çatdırıb. Bunların 97-si penalti ilə, 637-si oyun və standart vəziyyətlərdən vurulub.
Beləliklə, Messi hazırda İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunu, penaltidən vurulanlar nəzərə alınmamaqla, qol sayında geridə qoyub. Hazırda Ronaldunun aktivində 770 qol var ki, bunların 135-i penalti, 635-i oyun vəziyyətindəndir.
Qeyd edək ki, Lionel Messi klubdakı oyun sayında "Barselona"nın rekordçusu olub. O, klubun heyətində 768 görüşdə meydana çıxıb.
Fanat.Az