Almaniya Futbol Federasiyası "Bavariya"nın futbolçusu Alfonso Devisi cəzalandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, Bundesliqanın 26-cı turunda "Ştutqart"la matçda (4:0) rəqib futboçuya qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan Devis iki oyunluq cəzalanıb.
Beləliklə, 20 yaşlı müdafiəçi ölkə çempionatında "Leyptsiq" və "Yunion"la görüşləri buraxacaq.
Fanat.Az