"Atletiko"nun son məşqinə xoşagəlməz hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, komandanın hücumçusu Mussa Dembele məşq zamanı huşunu itirib.
Məlumatı yayan AS fransalı oyunçunun tibbi yardım sayəsində özünə gəldiyini bildirib. Hazırda onun sağlamlığı ilə bağlı heç bir problem yoxdur. Həkimlər Mussanın özündən getməsinin səbəbini qan təzyiqinin düşməsi ilə əlaqədar olduğunu açıqlayıb. Madrid təmsilçisinin tibbi heyəti onun məşq və matçlardakı bütün performansını yaxından izləyəcək.
Qeyd edək ki, "Atletiko" Dembeleni yanvarda 1,5 il müddətinə "Lion"dan icarəyə götürüb.