Bir müddət öncə mediaya sızdırılan məlumatlar əsasında Lionel Messinin "Barselona"da keçirdiyi 4 il ərzində 555 milyon avrodan çox gəlir əldə etdiyi ortaya çıxmışdı. Bəs argentinalı ulduz bu pulu necə və hara xərcləyir?
33 yaşlı hücumçunun milyonlar üzərində qurduğu lüks həyat tərzini sizlərə təqdim edirik.
Messinin Barselona şəhərindəki 5.5 milyon sterlinq dəyərindəki evi kiçik futbol meydançası, hovuz, bağlı idman salonu və 3 uşağı üçün oyun mərkəzindən ibarətdir.
1,5 milyon sterlinq dəyərindəki "Pagani Zonda" markalı avtomobili isə maşın kolleksiyasında ən sevdikləri arasındadır.
Messi 2020-ci ilin yayında bu lüks yaxtanı Fabreqas və ailəsi üçün icarəyə götürmüşdü.
Argentinalı ulduz bir yerə getmək üçün tələsirsə, 12 milyon sterlinq dəyərində olan jeti var.
Bundan əlavə, Messi Sitges qəsəbəsində 36 milyon sterlinqlik otelə də sahibdir. //Offsideplus.az