Bosniya və Herseqovina millisinin baş məşqçisi İvaylo Petev koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilib ki, Petevin səhhəti normaldır və virusun heç bir simptomu yoxdur.
Qeyd edək ki, Bosniya və Herseqovina milli komandası bu gün yoxlama oyununda Kosta Rika ilə qarşılaşacaq.
Fanat.Az