"Mançester Siti” hücumçusu Serxio Aquero ilə vidalaşır.
Fanat.Az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqaviləsinin müddəti bu yay başa çatacaq 32 yaşlı argentinalı mövsümün sonunda iş yerini dəyişəcək.
"Şəhərlilər"i tərk edəcəyi dəqiqləşən ulduz forvardın hansı kluba keçəcəyi ilə bağlı dəqiq informasiya olmasa da, onun azad agent statusu ilə "Barselona"ya üz tutacağını iddia edənlər daha çoxdur.
Aquero 2011-ci ildən "Mançester Siti”də çıxış edir. Cənubi amerikalı Mançester komandasında keçirdiyi 10 ildə 384 oyuna çıxaraq 257 qol vurub. O, "şəhərlilər"in formasıyla ən çox qol vurmuş futbolçudur.