"Milan"ın kapitanı Alessio Romanyoli "Barselona" və "Yuventus" kimi klublardan birinə keçə bilər.
Fanat.Az "Gazetta dello Sport"a istinadən xəbər verir ki, hər iki klub 26 yaşlı mərkəz müdafiəçini transfer etməkdə maraqlıdır.
Milanlılar futbolçunun müddəti 2022-ci ilin iyununda başa çatacaq müqaviləsini uzatmaq istəyir. Ancaq tərəflər maaş məsələsində ortaq məxrəcə gələ bilmədikləri üçün oyunçunun satılacağı proqnozlaşdırılır.
Danışıqlar dayandırılsa, "Milan" Romanyolini yayda 20 milyon avroya sata bilər. Onu bu məbləğ almaq isə həm "Barselona", həm də "Yuventus" üçün planauyğundur.