FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında ofsaydı avtomatik aşkarlama sistemindən istifadə etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə ali qurumda Futbolun Qlobal İnkişafı Departamentinin rəhbəri Arsen Venger məlumat verib.
"The Times"a danışan Venger, ofsaydın avtomatik təyin edilmə sisteminin 2022-ci ilədək hazır olacağını bildirib: "Yeni texnologiyanın tətbiq olunmasında israr edirəm, bunun sayəsində ofsayd epizodunun siqnalı dərhal xətt hakiminə çatacaq".
Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçirilməlidir. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.
Fanat.Az