10:17 09.04.2021 1828

Rusiya futbolunun azərbaycanlı ulduzu – 27 yaşlı Nəsibənin uğur hekayəsi

Teleqraf.com saytı dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edir.

Bu dəfə Azərbaycan əsilli rusiyalı futbolçu, Rusiya millisinin oyunçusu Nəsibə Həsənova haqqında araşdırma aparılır. 
 
Həmin məqaləni təqdim edirik: 

Nəsibə Həsənova – Azərbaycan əsilli rusiyalı futbolçu, Rusiya millisinin oyunçusu.

Nəsibə Həsənova 1994-cü il dekabrın 15-də Rusiyanın Tümen şəhərində azərbaycanlı ailəsində anadan olub. Nəsibə 13 yaşından futbola maraq göstərib, ilk komandası Tümenin "Zapsibkollec” klubu, ilk məşqçi Andrey Loktev olub. 2012-2015-ci illərdə Rusiya çempionatında Tümenin mini futbol üzrə klubunda çıxış edib.

"Zapsibkollec”in heyətində çıxdığı 60 oyunda rəqib qapısına 10 qol vurub.

Böyük meydanda

Nəsibə karyerasının başlanğıcında mini futbol oynasa da, sonradan seçimini böyük futboldan yana edib. Müsahibələrindən birində bunun səbəbini belə izah edib:

"Tümendə mini futbol daha inkişaf etmişdi. Amma bir anda komandamız dağıldı və bundan sonra nə edəcəyimi düşünməli oldum. Bunun üçün doğma şəhərimi tərk etmək qərarı verdim. Bu, həyatımın və karyeramın vacib qərarı idi. Krasnodar "Kubanoçka”sındakı yerimi gücləndirmək üçün çalışmağa başladım. İndi də bəzən vaxtilə necə bu qədər macəraçı olduğumu düşünürəm. Hər şeyi tərk edərək başqa bir şəhərə getmək... – bu, indi mənə qəribə görünür. O zaman qorxu yox idi, yalnız oynamaq arzusu və özünəinam vardı”.

Nəsibə 2016-cı ildə "Kubanoçka”ya transfer edilib və Rusiya çempionatının ən yüksək divizionunda böyük futbolda debüt edib. Həmin il Rusiya kubokunun finalçısı olub. 2019-cu ildə mövsümündə bu klubun 20 matçından 18-də yaşıl meydana çıxaraq bürünc medal qazanıb.

2018-ci il mövsümündə Rusiya çempionatının ən baxımlı qolunun müəllifi də Nəsibə Həsənova olub.

2020-ci ilin fevral ayında "Krasnodar”la uzunmüddətli müqavilə imzalayıb.

Milli komanda karyerası

2012-ci ildə Rusiya U-19 milli futbol komandasına çağrılıb, bu komandanın formasında 14 oyunda yaşıl meydana çıxıb. 2012-ci ildə Finlandiya yığmasına qarşı matçda debüt edib.

Nəsibə Həsənova 2017-ci ildən bəri Rusiyanın futbol üzrə əsas milli komandasının oyunçusudur.

Böyük futbolda Rusiyanın tələbə komandasının heyətində 5 oyun keçirərək 2019-cu il universiadasının (Çin) bürünc mükafatçısı olub. Eyni komandanın heyətində 2019-cu ildə Napolidə (İtaliya) təşkil olunan universiadada iştirak edib və burada da bürünc medal qazanıb.

2017-ci il iyunun 8-də Serbiya ilə oyunda (5: 2) milli komandanın heyətində ilk matçında 88-ci dəqiqədə Yelena Danilovanı əvəz edib. İkinci matçını həmin il iyulun 7-də Xorvatiyaya qarşı keçirib (0: 0) və start heyətdə yer alıb, fasilədə onu Anastasiya Pozdeyeva əvəzləyib.

2017-ci ildə keçirilən Avropa çempionatının final turnirində iştirak edib.

Kumiri olan futbolçu

Nəsibə Həsənova Kuban Dövlət Bədən Tərbiyəsi İdman və Turizm Universitetinin məzunudur. Boş vaxtlarını idman salonunda keçirməyi və ya məşq etməyi sevir. İspaniyanın "Barselona” klubunun pərəstişkarıdır, fransalı keçmiş futbolçu Tyerri Anrini öz kumiri hesab edir.

27 yaşlı Nəsibə Həsənova idman ustalığına namizəddir.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
10:23

MPL: "Neftçi" "Səbail"i, "Qarabağ" "Kəpəz"i qəbul edir -YENİLƏNİR

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

Facebookdan bizi izləməyi unutmayın.
X