Zinəddin Zidan "Barselona" ilə oyun ərəfəsində Lionel Messi haqda danışıb.
Fanat.Az xəbər verir ki, "Real"ın çalışdırıcısı əzəli rəqibin superulduzu barədə bunu deyib:
"İstəmirəm ki, bu, Messi üçün son "El Klassiko" olsun. "Barselona"da qalması yaxşıdır. O, klubunda özünü rahat hiss edir. Başqa çempionata üz tutmaması Primyera üçün də müsbət hal sayılar. Argentinalının necə futbolçu olduğunu hamımız bilirik. Messi müəyyən müddət qol vurmasa belə, həmin Messidir. Ümumiyyətlə, "Barselona"da yaxşı oyunçuların sayı çoxdur. Biz onların güclü tərəflərinin öhdəsindən gəlməyə çalışacağıq".
"Real" - "Barselona" oyunu İspaniya Primyerasının 30-cu turu çərçivəsində keçiriləcək. Qarşılaşma sabah, "Alfredo di Stefano"da baş tutacaq.