İtaliyanın "Yuventus” klubu futbolçusu Radu Drequşinin müqaviləsini yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 19 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Radu 2018-ci ildən "Yuventus”da çıxış edir. O, bu mövsüm "qoca sinyora” ilə 4 oyuna çıxıb.
Fanat.Az