"Real"ın (Madrid) hazırkı prezidenti Florentino Peres növbəti dəfə bu vəzifəyə seçilə bilər.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytında bildirilib ki, ötən gün onun namizədliyi qeydə alınıb.
74 yaşlı funksioner hazırda yeganə namizəddir. Onun rəqibləri seçkidə iştirak üçün tələb olunan ərizəni hələ təqdim etməyiblər. Aprelin 12-dək başqa namizəd olmasa, Peresin prezidentlik dövrü avtomatik olaraq, 2025-ci ilə qədər uzadılacaq.
Daha əvvəl iş adamı Enrike Rikelme Pereslə rəqabətə hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, Florentino Peres 2009-cu ildən "Real Madrid"in prezidentidir. O, 2000-2006-cı illərdə də kluba rəhbərlik edib.
Fanat.Az