19:00 10.04.2021 739

Ayaqyolu təmizləyən ulduz futbolçu - Araşdırma

"Nəyimə lazımdır 10 "Ferrari", 20 qol saatı, 2 təyyarə? Bütün bunlar mənə və insanlara nə verir? Uşaqlıqda ac qaldığım günlər olub, müharibə görmüşəm, ayaqyalın futbol oynamışam, imkansızlıqdan məktəbə getməmişəm... Bu gün insanlara kömək etmək imkanım var. Olanımdan onlara da pay verməyə çalışıram".

Bu sözlər ölkəsində məktəb tikdirən, doğma kəndindəki məscidi təmir etdirən, dilənçi vəziyyətində olan insanlara geyim, ərzaq yardımı edən "Liverpul"un hücumçusu Sadio Maneyə aiddi. Sərgildiyi futbolla azarkeşlərin könlünü oxşayan seneqallı eyni zamanda, xeyirxahlığı ilə də milyonların qəlbini fəth edə bilib. Ehtiyac içində böyüyən Mane indi zəngindir, dünyanın ən çox qazanan futbolçularından biridir. 29 il əvvəl isə... 

29 il əvvəl isə Mane dünyaya göz açıb. Dövrümüzün ən əliaçıq futbolçularından olan Sadio 1992-ci il aprelin 10-da Seneqalın Sediu şəhərində, çox kasıb ailədə dünyaya gəlib. Sediuyə şəhər deməyə adamın dili gəlmir, 22 min civarında əhalisi var. Az sonra Mane ailəsi Atlantik okeanının sahilində yerləşən Bambali kəndinə köç edib. Kiçik daxma, 10 nəfərlik ailə, kasıbçılıq... Sadionun uşaqlığının mənzərəsi belə idi. Bir də gün boyu futbol. Sadioda futbol sevgisi lap körpəlikdən varmış. Bu sevgi  onun 10 yaşı olanda - 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən mundialda Seneqal yığmasının çıxışı ilə daha da artıb. "Həmin tarix yaddaşıma birdəfəlik həkk olunub. Mayın 31-i - məktəbdə sonuncu dərs günü idi. Müəllimlər bizi dərsdən tez buraxdılar ki, futbola baxa bilək. Seneqal çempionatın açılış oyununda o vaxtki son dünya çempionu Fransa ilə qarşılaşırdı. Evə getmədim. Çünki televizorumuz yox idi. Başqa yerdə ağ-qara ekranda Seneqalın oyununa baxdım..." Seneqal həmin mundialda tarixinin ən yaxşı nəticəsini əldə etmişdi. Milli 1/4 finala kimi yüksəlsə də, burada Türkiyə millisi onun yolunu kəsmişdi. Məhz Seneqal-Türkiyə matçından sonra 10 yaşlı Mane qəti qərar verir: "Futbolçu olacam!" "Valideynlərimin məni məktəbə göndərməyə belə pulu yox idi. Günüm futbol oynamaqla keçirdi. Ağlım kəsəndən futbolçu olmağı, Premyer Liqada oynamağı arzulamışam. Bunu bacaracağıma inanırdım", - deyə Sadio uşaqlığını yada salır.

Onun atası Bambali kənd məscidinin imamı idi. Oğlunun futbolçu olmağını heç istəmirdi. Anası da bir yandan. Oğlunun futbol oynadığını biləndə onu tənbeh edirmiş. Kimsə onun futbolçu olacağına inanmırdı. Bambali hara, futbol hara? Amma balacanın fikri qəti idi və günlərin birində məqsədinə çatmaq üçün evdən qaçır: "Bunu xırdalıqlarına qədər planlaşdırmışdım. Pulum yox idi. Gün batanda əşyalarımı evimizin yaxınlığında gizlətdim. Səhər tezdən heç kimi xəbərdar etmədən evdən çıxdım. Hara gedəcəyimi ancaq yaxın dostuma demişdim. Mənə yolpulunu da həmin dostum vermişdi. Bir neçə kilometr piyada getdikdən sonra Dakara gedən avtobusa mindim..."

Sadionun qaçaq həyatı 2 ay çəkib. Ailəsi onu tapdıqdan sonra Bambaliyə qaytarıb. Balacanın istəyi ürəyində qalsa da, bu hadisədən sonra ailədə futbola münasibət bir qədər dəyişib. Atası dərslərini yaxşı oxuyacağı və məktəbi bitirəcəyi təqdirdə Sadionun futbolla məşğul olmasına icazə verəcəyini bildirib. Deyəsən, bu, hər iki tərəfin ürəyincə idi.

Sadio futbolu o qədər sevirdi ki, qəribə səslənsə də, yuyunmağa belə vaxt tapmırdı. "Çoxlu pulum olanda, onda yuyunacam" deyən gənc məktəb və futbolla yanaşı, düyü tarlasında da çalışırdı. Səhər dərs, ardınca tarla, daha sonra futbol. Üst-başı toz-torpaqlı, tərli vəziyyətdə yatağa uzanmaq...

 

Atasını itirəndə onun 11 yaşı var idi. Bu, ailənin vəziyyətini daha da ağırlaşdırmışdı. Sadio anasını və ona həmdərd olan əmisini inandıra bilmişdi ki, böyük futbolçu ola bilər. Sadəcə, dəstək lazım idi və bu dəstək onun 15 yaşı olanda gəldi. Təkcə doğmalarından deyil, bütün Bambalidən. Mane Ziqinşoranın "Kasa Sport" komandasına azarkeşlik edirdi. Ziqinşora Bambalidən elə də uzaq deyil, avtomobillə saatyarımlıq yoldu. Amma klubun akademiyasında yer olmadığından o, uzaq Dakara getməli olur. Bəs yolpulu? Manenin istedadından xəbərdar olan kənd camaatı ona kömək edib Dakara - "Jenerasyon Fut"un akademiyasına seçimlərə yola salır.

"Orada yüzlərlə uşaq var idi və hər biri öz şansını gözləyirdi. Növbə mənə çatanda... Bir çoxları gülüşdülər. Bu da səbəbsiz deyildi. Futbolçuya qəti oxşamırdım. Butsum çox köhnə idi, bir neçə yerdən tikişi var idi. Geyimim də nimdaş və əynimə böyük idi. Hətta bir yaşlı kişi dəqiqləşdirmək üçün məndən həqiqətən seçimə gəldiyimi soruşdu. Cavabında "hə" dedim və akademiyaya düşəcəyimə əmin olduğumu bildirdim. "Bu geyimlə? Butsun cırılıb, şortun isə futbol üçün deyil..." Amma bu cür yanaşma çox çəkmədi, Meydana çıxdıqdan az sonra məşqçilər akademiyaya götürüldüyümü dedilər..." Manenin peşəkar futbolla tanışlığı belə başlayıb.

Mane "Jenerasyon Fut"un akademiyasında 2 il futbolun sirlərini öyrənib. Bu müddətdə Dakar yaxınlığında bir ailə onu himayəyə götürüb. "Mən onlara vəziyyəti və məqsədlərimi açıqladım. Sağ olsunlar, məni qəbul etdilər, dəstək oldular. 2 il həmin ailənin bir üzvü oldum", - deyə Mane xatırlayır. Bu müddətdə akademiyanın ən yaxşısına çevrilən, 90 oyunda 131 qol vuran Mane böyük futbola 18 yaşında qədəm qoyub. O vaxt "Jenerasyon Fut" Fransanın "Mets" klubu ilə əməkdaşlıq edirdi. Məhz "Mets"in skautlarının diqqətini cəlb edən futbolçu 2010-cu ildə Fransaya köçüb. "Fransadakı ilk günümü yaxşı xatırlayıram. Evə zəng etmək istədim. Amma kartımda pul yol idi. Ertəsi gün komanda yoddaşlarımın köməyi ilə anamı yığdım və Fransada olduğumu bildirdim. Ora getdiyimi heç kimə deməmişdim. Anam sözlərimə şübhə ilə yanaşdı. Hər gün mənə zəng etsə belə, Fransada olduğuma inanmırdı. Məni televizorda göstərənə qədər".

2 il "Mets"in gənclər komandasında çıxış edən Mane 2012-ci il yanvarın 14-də "Bastiya" ilə oyunda əsas komandanın heyətində debüt edir. Mövsümün sonuna kimi 22 oyunda forma geyinən 20 yaşlı futbolçu 2 dəfə fərqlənir. Maraqlıdır ki, o, hər hər 2 halda "Genqam"la oyunda (2:5) qol vurur. "Mets"də oynayarkən Seneqalın olimpiya yığma komandasının heyətində London Olimpiadasının iştirakçısı olur. Olimpiadada sərgilədiyi futbol onun əsas milliyə qapısını açır və az sonra əsas milliyə çağırılır. Eyni zamanda, "Mets"dən yaxşı mənada ayrılmasına səbəb olur. Belə ki, transfer pəncərəsinin sonuncu günü gənc hücumçu 4 milyon avro qarşılığında Avstriyanın "Redd Bull Zalsburq" komandasına transfer olunur və 4 illik müqavilə bağlayır. Avstriyada ilk mövsümdəcə çempion titulunu və Avstriya Kubokunu qazanır. Komandasının bu uğurunda onun əməyi az olmur - 26 oyuna 16 qol. Avstriya təmsilçisi ilə bağlanmış 4 illik nikah tez pozulur və Mane 2014-cü il sentyabrın 2-də "Sauthempton"da 3 illik müqavilə bağlayır. Onun transfer qiyməti 23 miyon avro idi. Beləcə, Sadio uşaqlıq arzusuna çatır - Premyer Liqada oynamağa başlayır. Özü də necə!

Manenin İngiltərə karyerasına qısaca nəzər salsaq, onun xeyli uğur qazandığını görərik. 2 illik "Sauthempton" karyerasından sonra 2016-cı ilin yayında 40,7 milyon avro qarşılığında "Liverpul"a transfer olunan futbolçunun əsas nailiyyətləri bu klubla bağlıdır. 2018/19-cu illər mövsümündə Çempionlar Liqasının qalibi olan futbolçu həmin mövsüm UEFA Superkubokunu və Klublararası dünya çempionatının qızıl medallarını qazanır. 1 mövsüm sonra isə İngiltərə çempionu olur. Fərdi uğurları da az deyil. Onlardan ən gözəgəlimliləri 2018/19-cu illər mövsümündə Premyer Liqanın bombardiri (22 qol) titulu və 2019-cu ildə Afrikanın ən yaxşı futbolçusu seçilməsidir. Hə, bir də Mane İngiltərə Premyer Liqası tarixində ən tez "het-trik" müəllifidir. 2015-ci il mayın 16-da "Sauthempton"da çıxış edərkən "Aston Villa"nı 3 dəfə məyus etmək üçün ona 176 saniyə bəs etmişdi. Bu günə kimi "Liverpul"da 148 oyunda forma geyinib və 70 dəfə fərqlənib. Yəni 100 qol həddinə bir şey qalmayıb. Sadio "Liverpul"la yanaşı, Seneqal millisinin də əsas üzvlərindən biridir. Milli formada 71 oyunda 21 qol vuran Manenin sağ əli bizim hücumçuların başına...

Sadio müsəlmandır, dinini, xalqını çox sevir. Bunu onun həyat tərzindən sezmək mümkündür. 29 yaşlı futbolçu subaydı, ailə həyatı qurmayıb. Məşhurluğuna rəğmən adı bir dəfə də olsun sarı mətbuatda, qalmaqallarda hallanmayıb: "Heç vaxt spirtli içki içməmişəm. Din mənim üçün çox əhəmiyyətlidir. İslam qayda-qanunlarına ciddi yanaşıram. Oruc tuturam, hər gün 5 dəfə namaz qılıram".

Manenin İslam sevgisini sübut edəcək maraqlı hadisə: bir dəfə məsciddə Qanadan olan tanışı ilə rastlaşan Sadio onu evinə dəvət edib. Tanışı cavabında işdə olduğunu, məscidin ayaqyolunu təmizləməli olduğunu bildirib. Həmin gün ayaqyolunu birlikdə təmizləyiblər. Bu hadisəni bir nəfər telefona çəkib. Mane həmin şəxsdən videogörüntüləri paylaşmamağı xahiş edib. Söz alsa da, ertəsi gün görüntülər internetdə yerləşdirilib.

29 il böyük zaman deyil. Amma bir igidin ömrüdür. Bu igid isə "Liverpul"un "10 nömrə"si Sadio Manedir. Kiçik Bambalidən, yoxsulluqdan çıxan, İngiltərəyə, zənginliyə yetişən, keçmişini unutmayan, əsl müsəlman, vətənpərvər Mane. Özünü sıradan biri hesab edən Mane, sıravi Mane. Məşhur mahnıda deyildiyi kimi, "Bax, belə oğlandır sıravi Mane!"

İlqar Tağıyev, 525-ci qəzet
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X