"Qalatasaray”ın hücumçusu Radamel Falkaonun xidmətindən məhrum olub.
Fanat.Az xəbər verir ki, 35 yaşlı kolumbiyalı komandasının məşqində sıradan çıxıb.
Belə ki, o, son məşqlərin birində komanda yoldaşı Kerem Aktürkoğlu ile baş-başa toqquşub. Bu üzdən də təcrübəli futbolçunun üz sümükləri qırılıb. Bu gün o, əməliyyat olunub. Yaxın günlərdə xəstəxanadan evə buraxılacaq Falkaonun azı 2-3 həftə komandasına kömək edə bilməyəcəyi diqqətə çatdırılıb. Onun bir müddət maska ilə oynaması da ehtimal olunur.
Falkao bu mövsüm Superliqada meydana çıxdığı 14 oyunda 8 qol vurub.