UEFA Serbiya Futbol İttifaqına daxili yarışlarda iki oyunun nəticəsinin manipulyasiya olunması ilə bağlı məktub göndərib.
Fanat.Az xəbər verir ki, bu haqda yerli mətbuat yazıb. Adı açıqlanmayan komandaların matçlarına Avropa və Asiyanın müxtəlif bukmeyker kontorlarında külli miqdarda pul qoyuluşu edilib.
Qarşılaşmalardan biri martın əvvəlində, digəri isə sonundada oynanılıb. Danışılmış oyunlarda bəzi futbolçuların iştirakı artıq təsdiqlənib. İstintaq davam etdiyi üçün onların adları açıqlanmayıb.
Ötən ay Serbiya Futbol İttifaqının prezidenti Slavişa Kokeza istefa verib. Onun adam oğurluğu və qətldə ittiham olunan qrupla yaxın əlaqələri olduğu iddia edilir.
Fanat.Az