"Fənərbağça”nın gənc futbolçusu Ömər Faruk Beyaz Almaniya klubu ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi "Ştutqart”la müqaviləyə imza atıb.
Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ömərlə sözləşmə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
O, mövsümün sonunda yeni komandasına qoşulacaq.
Qeyd edək ki, "Fənərbağça”nın yetirməsi olan və 2020-ci ildən əsas komandada çıxış edən yarımmüdafiəçi, 21 yaşadək futbolçulardan ibarət Türkiyə milli komandasının da üzvüdür.
Fanat.Az