Türkiyənin "Fatih Karagümrük” klubunun heyətində koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, komandanın 6 üzvü - Alparslan Erdem, Lukas Kastro, Qaston Kampi, Andrea Bertolacci, Ervin Zukanoviç və Efe Tatlı koronavirusa yoluxub.
Qeyd edək ki, daha əvvəl klubun hücumçusu Fabio Borini və yarımmüdafiəçi Lukas Biqliyada da koronavirus aşkarlanmışdı.
Fanat.Az