"Çelsi" "Real"ın futbolçusuna göz dikib.
Fanat.Az xəbər verir ki, "zadəganlar" Rafael Varanın xidmətində maraqlıdır.
Bu barədə idman jurnalisti Kristian Falk tvitter hesabında məlumat yayıb.
Onun sözlərinə görə, müdafiəçini şəxsən London təmsilçisinin baş məşqçisi Tomas Tuxel klubda görmək istəyir.
Qeyd edək ki, Varan "Mançester Yunayted"ın də hədəfindədir.
Fanat.Az