İspaniya Kubokunun qalibi məlum olub.
Fanat.Az xəbər verir ki, final oyunu Sevilyadakı "Olimpiya" stadionunda "Atletik" və "Barselona" klubları arasında keçirilib.
4:0 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi tarixində 31-ci dəfə İspaniya Kubokunu qazanıb.
Qeyd edək ki, "Barselona" İspaniya Kubokunu rekord sayda qazanıb. İkinci yerdə isə bu titula 23 dəfə yiyələnmiş "Atletik" gəlir.