Kamboca yığması bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Keysuke Hondanın baş məşqçisi olduğu komanda səfərdə Bəhreyn millisi ilə üz-üzə gəlib.
Bir müddət öncə "Neftçi”dən ayrılan yapon ulduzun yetirmələri bu görüşdə biabırçı hesabla uduzublar. Kamboca yığması 8 cavabsız qola üzülüb.
Qeyd edək ki, Asiya üzrə seçmə mərhələnin C qrupunda yer alan Kamboca yığması keçirdiyi 6 oyunda cəmi 1 xal toplayıb və 5 komanda arasında sonuncudur.
Fanat.Az