"Vest Hem"in ukraynalı forvardı Andrey Yarmolenko klubun yeni müqavilə təklifini qəbul etməyib.
Fanat.Az "Calciomercatoweb"ə istinadən xəbər verir ki, hazırda davam edən Avropa birinciliyində özünü yaxşı tərəfdən göstərən Ukrayna millisinin lideri daha böyük hədəfləri olan klubda oynamaq istəyir. O, həmçinin İngiltərə təmsilçisində istədiyi qədər forma şansı qazanmamasından da narazıdır.
İndiki müqaviləsinin müddəti 2022-ci ilin yayında bitəcək 31 yaşlı forvardın agenti müştərisinə elçi düşən 3 klubla danışıq aparır. Mənbə Andreyi heyətinə qatmaq istəyən klubların adlarını açıqlamayıb.
Qeyd edək ki, Yarmolenko "Vest Hem"ə 2018-ci ildə Dortmund "Borussiya"sından keçib. Bu mövsüm İngiltərə Premyer Liqasında 15 matça çıxan oyunçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Atilla