İspaniya yığmasının baş məşqçisi Luis Enrike AÇ-2020-dən sonra postundan gedəcəyi ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, mütəxəssis "Marca" nəşrinin bu barədə sualına qısa cavab verib:
"Zarafat edirsiz? Mən müqaviləmin müddətini uzatmaq haqda düşünürəm".
Xatırladaq ki, Enrike 2018-ci ilin iyulundan yığmanı çalışdırır. 2019-cu ilin yayında qızının ağır xəstəliyi üzündən (baş məşqçinin qızı dünyasını dəyişib) işini tərk etsə də, ötən ilin noyabrında yenidən postuna qayıdıb.
İspaniya yığması hazırda davam edən qitə birinciliyinin E qrupunda 3-cü yerdədir. "Buğalar"ın hesabında 2 xal var.
Atilla