"Roma"nın baş məşqçisi Joze Mourinyu təlimlərə əlavə olaraq yeni bir texnologiya düşünüb.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, o, məşqlər zamanı videoanalizi təkmilləşdirmək üçün dronların yardımından faydalanacaq.
Bundan başqa, portuqaliyalı mütəxəssis boyuk bir ekran da sifariş edib. Məqsəd futbolçuların məşqlərini dronla çəkmək, böyük ekranda yayıma baxıb səhvləri təhlil etməkdir.
Mourinyu bu təklifi "Mançester Yunaydet"də işləyəndə də irəli sürmüşdü. Amma klub rəhbərliyi bu təklifi geri çevirmişdi.
Emin Şəmsiyev