ABŞ USL liqasında 14-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rayzinq” də növbəti matçına çıxıb.
Finiks təmsilçisi "San Dieqo Loyal”ı rəqib meydanında 1:0 hesabıyla yenib. Dadaşov start "11-lik"də meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.
29 xalı olan "Finiks Rayzinq” turnir cədvəlində ilk pillədə mövqe tutubsa, Rüfət meydana çıxdığı 12 oyunda 3 qol vurub.
Nihat