İtaliya millisinin və "İnter" klubunun sabiq müdafiəçisi Daniel Adani (Daniele Adani) maraqlı açıqlaması ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, "Tuttomercato" nəşrinə AVRO-2020-dən danışan 47 yaşlı mütəxəssis Rusiya millisinin oyununu tənqid edib.
"Rusiyanın oyunu futbolun üz qarasıdır. Onlar futbolu rüsvay edir. Mirançuk istisna olmaqla. "Atalanta"da ona futbol oynamağı düzgün şəkildə öyrədirlər. Rusiya millisinin Avropa çempionatındakı oyunlarını yalnız Mirançuka görə izləyirdim".
Qeyd edək ki, Rusiya millisi AVRO 2020-də qrup sonuncusu olub.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol