Bu gün "Mançester Siti" "Aston Villa"nın vingeri Cek Qrilişi heyətinə qatdığını - tarixinin ən bahalı transferini reallaşdırdığını açıqlayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.
Mənbə tərəflərin öncədən mətbuata sızan informasiyaya uyğun olaraq, keçidin 117 milyon avro qarşılığında rəsmiləşəcəyini vurğulayıb.
Yazılanlara inansaq, Qriliş hər mövsüm üçün 13 milyon avro əməkhaqqı alacaq və 5 illik müqaviləyə qol çəkəcək.
Xatırladaq ki, "Mançester Siti"nin transfer rekordu 76 milyon avrodur. "Şəhərlilər" 6 il öncə bu məbləği ödəyərək "Volfsburq"dan Kevin de Bröyneni alıb.
Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol