"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola (Pep Guardiola) "Tottenhemin" hücumçusu Harri Keyndən (Harry Kane) danışıb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis ingilis futbolçunun Mançester klubuna keçmək istəyinə münasibət bildirib.
"O, "Tottenhem"in oyunçusudur. Klubu danışıqlar aparmaq istəməsə, Keyn onların futbolçusu olaraq qalacaq. Əgər danışıq aparmaq fikirləri olsa, bir çox klub kimi biz də onu heyətə cəlb etmək istərdik. Keyn bizim üçün əlverişli futbolçudur, onu kluba cəlb etməyə çalışacağıq".
Qeyd edək ki, "Tottenhem" rəhbərliyi Harri Keynə azad agent statusu vermədiyi üçün futbolçu məşqlərə gəlməməklə klubuna etiraz edib.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol