"Yuventus"un müdafiəçisi Merih Demiral "Atalanta"nın formasını geyinəcək.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, o, 2021/2022 mövsümün icarə əsasında Berqamo komandasında keçirəcək. "Atalanta" Turin təmsilçisinə 2,5 milyon avro icarə haqqı ödəyəcək. Berqamo təmsilçisinin mövsümün sonunda 25 milyon avro ödəyərək Türkiyə millisinin yarımmüdafiəçisini birdəfəlik almaq hüququ var.
Qeyd edək ki, Demiral ötən mövsüm "Yuventus"da formasıyla çıxdığı 24 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol