PSJ "Barselona"dan ayrılan Lionel Messini heyətinə qatacağı halda, Kilian Mbappeni satacaq.
Fanat.Az xəbər verir ki, bunu "As" qəzetinin əməkdaşı Andres Onurbiya Ramos "Twitter" hesabında yazıb.
Paris klubunun Messini rənglərinə bağlamağa yaxın olduğunu vurğulayan insayder Kilianın getmək ehtimalını yüksək dəyərləndirib. Mənbə Mbappenin PSJ ilə vidalaşdığı barədə bu ay rəsmi açıqlama veriləcəyini iddia edib.
Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol