Braziliyalı müdafiəçi Dani Alves Lionel Messinin "Barselona"dan ayrılmasına münasibət bildirib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, hazırda ölkəsinin "San-Paulo" klubunun uğurları üçün çalışan 38 yaşlı futbolçu belə danışıb:
"Barselona" və Messiyə görə üzgünəm. Həm klub, həm də Leo üçün ağır dönəmdir. Bəzən bir tsikl başa çatır. Amma bu, elə yeni dönəmin başlanğıcı deməkdir.
Hə, "Barselona" daha əvvəlki olmayacaq. Messili komanda başqadır, Messisiz başqa... Bu ayrılıq hər iki tərəf üçün yeni çağırışdır. Yeni çağırışlar isə həmişə lazımdır".
Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol